Print this page

Şərqşünas alimlər Nəcib Məhfuza həsr olunmuş tədbirdə çıxış ediblər

19 Dekabr 2025

Dekabrın 18-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və təhsil əlaqələri mərkəzində “Misir Mədəniyyət Günləri - Nobel mükafatı almış Misir yazıçısı Nəcib Məhfuzun doğum günü” adlı tədbir keçirilib.

Misir Ərəb Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Houssam-Eldine Redanın və Misir Mədəniyyət və təhsil əlaqələri mərkəzinin müdiri professor, doktor Tarek Mohammadın da iştirak etdiyi tədbirdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları da çıxış ediblər.



Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fələfə doktoru, dosent Gülər Qafqazlı “Nəcib Məhfuz yaradıcılığına qısa bir nəzər”, Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova  “Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz”, Mərkəzi Asiya ölkələri şöbəsinin elmi işçisi Hülya Aslanova “Nəcib Məhfuz romanlarında insan taleyi ("Oğru və itlər", "Yol", "Yeni Qahirə")” mövzusunda çıxış ediblər.

Şərqşünas alimlərə tədbirdə iştiraka görə Təşəkkürnamələr təqdim olunub.