AMEA-nın 80 illik yubiley tədbirləri çərçivəsində elan olunmuş “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə imkanları” mövzusunda gənc tədqiqatçıların məqalə müsabiqəsinin qalibləri təltif olunublar.
Şərqşünaslıq İnstitutunun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin elmi işçisi Röya Mirzəbəyova müsabiqədə 2-ci yeri turaraq müvafiq mükafatla təltif olunub.
Müsabiqənin 13 iştirakçısı həvəsləndirici mükafata layiq görülüb. Onların sırasında Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin kiçik elmi işçisi Aytən Tağıyeva da var.


