Print this page

“TÜRK XALQLARININ İNTEQRASİYASINDA I TÜRKOLOJİ QURULTAYIN ROLU” Respublika elmi konfransı

17 Dekabr 2025

XX yüzillikdə türk xalqlarının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən

biri kimi tarixə düşmüş, o cümlədən türk xalqlarının mədəni inteqrasiyasında yeni

mərhələnin təməlini qoymuş I Türkoloji Qurultay 1926-cı ilin 26 fevral – 6 mart

tarixlərində Bakı şəhərində keçirilmişdir.

 

Türk xalqlarının elmi-mədəni inkişafında mühüm mərhələ hesab olunan I Türkoloji

Qurultayın tarixi əhəmiyyəti çox böyükdür. Belə ki, bu Qurultay sayəsində türk

xalqları arasında elmi birliyin əsası qoyulmuşdur.İlk dəfə olaraq keçmiş Sovet

İttifaqının müxtəlif bölgələrində, ucsuz-bucaqsız və geniş bir coğrafi məkanda

yaşayan müxtəlif türk xalqlarından 131 nümayəndə bir araya gələrək ortaq dil,

tarix və mədəniyyət problemlərini birlikdə müzakirə etmişlər. Doqquz gün

davam edən qurultayda türklərin, bütövlükdə Türk Dünyasının dili və tarixinə,

etnogenezinə və etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə dair 38 məruzə

dinlənilmişdir.

Qurultayın ən mühüm nəticələrindən biri ərəb əlifbasından latın qrafikalı

yeni əlifbaya keçidin elmi-metodik prinsiplərinin işlənib hazırlanması haqqında

qərarın qəbul olunması olmuşdur.Türk respublikaları arasında yeni əlifbanın ilk

kütləvi tətbiqinə məhz Azərbaycanda başlanılmışdır. Belə ki, bu hadisə hələ XIX

əsrdə ölkəmizdə mütərəqqi düşüncəli ziyalıların əlifba islahatı uğrunda apardıqları

ardıcıl mübarizədən xəbər verir.

Bundan başqa qurultaymilli şüurun formalaşmasına təsir göstərmiş,türk

xalqlarının ortaq kökə, dilə və mədəniyyətə malik olduqlarını elmi şəkildə ortaya

qoymuş, türkologiyanın müstəqil elm sahəsi kimi inkişafına,türk dillərinin

sistemli və elmi əsaslarla tədqiqinin aparılmasına imkan yaratmışdır. Beləliklə,

I Türkoloji Qurultay türk xalqlarının mədəni, elmi və maarifçilik tarixində dönüş

nöqtəsi olmuşdur.

I Türkoloji Qurultaya dövlət səviyyəsində hüquqi qiymət verilmiş, Azərbaycan

Respublikasının Prezidenti cənab İlham Əliyevin I Türkoloji Qurultayın 100

illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama əsasən 28-29 yanvar

2026-cı il tarixlərində AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda

“Türk xalqlarının inteqrasiyasında I Türkoloji qurultayın rolu” adlı

Respublika elmi konfransı təşkil olunacaqdır.  

Bu məqsədlə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu

Respublika elmi konfransına tezislərin qəbulunu elan edir.

Konfransın işçi dili Azərbaycan dilidir.   

Məruzə tezislərinin mətni 250-500 sözdən ibarət olmaqla Microsoft Word

redaktorunda “Times New Roman” şrifti ilə -14, sətirlərarası  interval 1,5  olmaqla

yazılmalıdır. Tezislər konfransın aşağıdakı elektron ünvanına göndərilməlidir:

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

       TEZİS QƏBULU ÜÇÜN SON TARİX: 10 YANVAR 2026-CI İL

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası,VII mərtəbə, akademik

Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq

Əlaqə telefonu: +994 55 392 96 41