Print this page

AMEA Şərqşünaslıq İnstitutu ilə Türkiyənin Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında anlaşma protokolu imzalanıb

17 Dekabr 2025

Türkiyənin Qafqaz Universitetinin Harakani Tədqiqat Mərkəzinin müdiri, doktor, dosent Alparslan Kartal dekabrın 16-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. A.Kartal AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.



Görüşdə Azərbaycanla Türkiyənin elm və təhsil müəssisələri arasında əməkdaşlıqdan bəhs edilib. Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda aparılan elmi tədqiqatların istiqamətləri,  eləcə də türkologiya sahəsində aparılan araşdırmalar, nəşr olunan kitablar barədə məlumat verib.

A.Kartal ona təqdim edilən kitabların elmi tədqiqatlarına böyük faydası olacağını bildirib.

Sonra Şərqşünaslıq İnstitutu ilə Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında anlaşma Protokolu imzalanıb.

İmzalanan Protokolun məqsədi birgə elmi layihələr həyata keçirmək, birgə elmi tədqiqatlar aparmaq, konfranslar, seminarlar təşkil etmək, kitablar nəşr etdirmək, alim mübadiləsi aparmaq və s.-dir.