Print this page

Şərqşünas alimlər “21 Azər – 80” tədbirində

15 Dekabr 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə və həmin şöbənin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı Milli Azərbaycan Tarixi Muzeyində Cənubi Azərbaycanda 21 Azər hərəkatının 80 illiyinə həsr olunmuş “21 Azər – 80” adlı tədbirdə iştirak ediblər.

 

 Dosent Sübhan Talıblı tədbirdə “Azərbaycan Milli Hökumətinin qurulmasında Seyid Cəfər Pişəvərinin rolu (1945–1946-cı illər)” mövzusunda məruzə ilə çıxış edib.

 Dosent Səməd Bayramzadə tədbirdə çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb.

 Tədbirin sonunda iştirakçılara təşəkkürnamələr təqdim olunub.