Professor Əhməd Abdullah Zayedin Elnur Mustafayevə ünvanladığı məktubda İnstitut rəhbərliyinə və Elnur Mustafayevə müraciətlə bildirilir:
“İskəndəriyyə Kitabxanası elmi heyəti adından kitabxanaya təqdim etdiyiniz hədiyyələrə görə dərin təşəkkürümü bildirməkdən məmnunluq hissi duyduğumu ifadə etmək istəyirəm. Sizin dəyərli hədiyyələriniz — İskəndəriyyə kitabxanasına təqdim etdiyiniz kitablar — kitabxananın kolleksiyasının zənginləşməsinə mühüm töhfə verəcəkdir.
Bir daha fürsətdən istifadə edib, təqdim etdiyiniz dəyərli hədiyyələrə görə Sizə öz səmimi təşəkkürlərimizi bildiririk. Sizi kitabxana ilə əlaqəni davam etdirməyə, onun xidmətlərindən və imkanlarından yararlanmağa dəvət etməkdən şadıq”.
Qeyd edək ki, İskəndəriyyə kitabxanasına akademik Gövhər Baxşəliyevanın ingilis və fars dillərində nəşr olunan "Nizami Gəncəvinin milli identikliyi", ingilis dilindən rus dilinə tərcümə etdiyi "Армянские инсинуации и историцеские факты (вопросы и ответы)”, Elnur Mustafayevin "Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında)” kitabları, İnstitutda 8 dildə çap olunmuş “Azərbaycanın mədəniyyət paytaxtı: Şuşa” adlı bukletin ərəb, ingilis və azərbaycan dillərində olan nüsxələri və s. kitablar hədiyyə edilib.