D.Muhetdinov Rusiya Müsəlmanları Ruhani Məclisinin və özünün adından keçirilən görüşün və “Rusiyada İslam tarixi” kitabının təqdimatının yüksək səviyyədə təşkilinə və Rusiya Müsəlmanları Ruhani Məclisinin nümayəndə heyətinin isti qarşılanmasına görə dərin minnətdarlığını bildirib. Görüş zamanı özlərinə ruhən yaxın, birgə elmi fəaliyyətə, təcrübə mübadiləsinə hazır olan yüksək ixtisaslı alimlərlə qarşlaşdıqlarını deyən D.Muhetdinov ilk dostluq təcrübəsinin gələcək məhsuldar elmi əməkdaşlığın başlanğıcını qoyacağına, müasir elmin inkişafına və yüksək səviyyəli kadrların hazırlanmasına kömək edəcəyinə əminliyini ifadə edib.