Məruzədə çoxəsrlik tarixə malik uşaq ədəbiyyatının ilkin yazılı qaynaqlarından biri hesab olunan “Assuriya ağacı” əsərinin ideya-tematik xüsusiyyətləri, didaktik motivləri elmi təhlilə cəlb edilib, uşaqlar üçün informativ xarakterli məlumatlarla zəngin bədii nümunənin tarixi dəyər və sətiraltı mahiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Qədim folklor nümunəsinin mövcud dövrün etnoqrafik, ictimai-iqtisadi mənzərəsinin təcəssümü baxımından da böyük əhəmiyyət kəsb etdiyi xüsusi vurğulanıb. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.