Müəllif panfarsistlərin Azərbaycan xalqına qarşı mübarizənin tərkib hissəsi kimi “Azərbaycan” toponiminə qarşı 3 istiqamətdə mübarizə apardıqlarını qeyd edir: 1. Şimali Azərbaycanın Azərbaycan adlanmasına qarşı “elmi”- ideoloji mübarizə; 2. Azərbaycanın (Cənubi) vahid inzibati-ərazi vahidi kimi qalmasına qarşı hüquqi-inzibati mübarizə; 3. Azərbaycan sözünün (Cənubi Azərbaycan) bir toponim kimi işlənməsinə qarşı informativ mübarizə.
Bu istiqamətlərin hər biri haqqında kitabda ayrıca bölmələrdə bəhs edilir.
Bütün bunlarla yanaşı, müəllif İranda Azərbaycan toponiminə az saylı müəlliflər tərəfindən olsa da, obyektiv elmi yanaşmanın olduğunu bildirir və bu mövqedən yazılmış bir neçə məqalə haqqında bəhs edir.