Print this page

Şərqşünaslıq İnstitutunda doktorant və dissertantlar üçün növbəti mühazirə

19 Yanvar 2024

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələr davam edir.

Yanvarın 17-də baş tutan növbəti mühazirə "Dissertasiya işinin tərtibatı" mövzusunda olub. Tədbiri idarə edən institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü mühazirə üçün sözü Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqova verib.  



Mühazirəsində dissertasiya işinin quruluşu və həcmi barədə məlumat verən T.Sadıqov işi yazarkən iddiaçının əsasən bütün bilik və bacarığı ilə bərabər həm də tədqiqat qabiliyyətini də ortaya qoymaği bacarmalı olduğunu bildirib etməli olduğunu vurğulayıb.

Mühazirəçi elmi ədəbiyyatdan istifadə qaydaları, həmçinin istinadlara qoyulan tələblər barədə də dinləyicilərə məlumat verib. O, iddiaçınin istifadə etdiyi ədəbiyyatlarda olan fikirlərə söykənərək, həmin ədəbiyyatlardan sitatlar gətirilməsi ilə bərabər, həm də öz gəldiyi qənaəti də əks etdirməli olduğunu vurğulayıb.