Azərbaycan və özbək xalqlarının dastanlarında türk xalqlarının əxlaqını, psixologiyasını, adət-ənənələrini, milli-mədəni xüsusiyyətlərini, mübarizə tarixini, düşüncə tərzini görmək olur. Dastanlarda təsvir olunan qadın tipləri qadının cəmiyyətdəki yerini və dəyərini göstərir və türk qadınlarının keçmişdəki yaşamları haqqında təsəvvürə malik olmağa, eləcə də cəmiyyətdə qadının rolunu müəyyənləşdirməyə kömək edir. Məqalədə Azərbaycan və özbək xalqlarının qəhrəmanlıq dastanlarındakı qadın obrazlarının oxşar xüsusiyyətlərindən bəhs edilir. Aparılan müqayisələr zəminində qadının türk xalqlarının qəhrəmanlıq və mədəniyyət tarixindəki yeri elmi ədəbi müstəvidə müəyyən edilir.