Məqalədə Azərbaycan və özbək xalqlarının ədəbi əlaqələrinin tarixindən bəhs edilir. Müəllif orta əsrlər Azərbaycan poeziyasının özbək ədəbiyyatında rolu, özbək poeziyasının bu istiqamətdə inkişafı, bədii təsir, ənənələr və təmayüllər kimi ədəbi məsələləri araşdırıb. Yazıda klassik Azərbaycan şairləri Nizami Gəncəvi və İmadəddin Nəsiminin özbək klassikləri Əlişir Nəvai, Mövlanə Lütfi, Səkkaki, Muqimi və başqa özbək mütəfəkkir şairlərinin sənətinə təsirindən, ortaq mövzularda qələmə alınan əsərlərdən, bədii tərcümənin ədəbi əlaqələrin inkişafında rolundan və bu yöndə ədəbi fəaliyyətlərin türk xalqlarının ədəbiyyatlarının inkişafını şərtləndirməsindən bəhs olunur.