“Ədəbiyyat” bölməsində “Heydər Əliyev və türk ədəbiyyatı problemləri”, “XIX əsr Osmanlı ədəbiyyatında sənədli nəsrin formalaşması”, “N.Gəncəvinin “Xosrov və Şirin” poemasında və türk epos nümunələrindəki qadın obrazlarının tipaloji təhlili”, “Şəhabəddin Söhrəvərdinin “Luğət-e muran” əsərinin təhlili”, “Nazim Hikmət və Azərbaycan ədəbi mühiti”, "Azərbaycan türkologiyasında qadın mövzusu” və s. məqalələr yer alır.
“Dilçilik” bölməsində Azərbaycan və ibri dillərində tabeli və tabesiz mürəkkəb cümlələrin tədqiqi tarixindən, Qətran Təbrizinin “Divan”ında musiqi sənəti ilə bağlı sözlərdən bəhs edən məqalələr təqdim edilir.
“Tarix, etnoqrafiya və siyasi elmlər” bölməsindəki məqalələrdə XVII-XVIII əsr Səfəvi tarixinə dair Osmanlı narrativ mənbələrindən, regiondakı etno-mədəni proseslərin əksi kimi antik dövrdə Cənubi Qafqazda ticarət əlaqələrindən, Təbrizdə 29 Bəhmən üsyanınından, XX əsrin 50-70-ci illərində ABŞ-ÇXR münasibətlərinin formalaşmasından bəhs edilir. Bu bölmədə həmçinin “Sinqapur-Azərbaycan münasibətlərinin inkişaf dinamikası və perspektivləri”, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Lənkəran qəzasında siyasi vəziyyət və parlament sənədlərində Lənkəran məsələsi”, “Beynəlxalq münasibətlərdə müxtəlif məktəblərin mədəniyyətlə bağlı irəli sürdüyü nəzəriyyələr” və s. məqalələr yer alır.