Print this page

Göylərə qanad açır Azərbaycan Bayrağı

08 Noyabr 2023

Doğma Xankəndimizdə qanad açır yuxarı,

Əngin  yüksəkliklərə Azərbaycan bayrağı.

Bayrağımız qalxdıqca keçmiş işğalçıların

Təbi çəkmir, götürmür, Enir başı aşağı!

Qarabağda yüksələn ehtişamlı, növrağı!

Yüksəldikcə xof salır düşmənin ürəyinə,

 İftixar, qürur rəmzi Azərbaycan bayrağı!