Namiq Məmmədovun mühazirəsi “Müasir Türkiyənin neft problemi” mövzusunda olub. Mühazirədə qeyd edilən mövzu kontekstində ümumiyyətlə tədqiqat mövzusunun müəyyən edilməsi və əsaslandırılması, tədqiqat aparmaq üçün planın formalaşdırılması prosesi və orda əks olunan məsələlərin müəyyənləşdirilməsi, mövzunun aktuallığının əsaslandırılması və əhəmiyyəti, tədqiqatın məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, tədqiqata cəlb edilən mənbə və ədəbiyyatın təhlili və onun aparılmasının vacibliyi və əhəmiyyəti əsaslandırılıb. Sonda mühazirənin əhəmiyyəti ilə əlaqədar fikir mübadiləsi aparılıb.