Şərqşünas alimlər Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbə qazandığını, eləcə də son antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini, bu döyüşlərdə igid Vətən övladlarının canlarından keçməklə ən uca zirvəyə - Şəhidlik zirvəsinə yüksəldiklərini bildiriblər. Bu şanlı qələbəyə görə şəhidlərimizə borclu olduğumuz ifadə edilib, onların əziz xatirəsinin ürəklərdə daim yaşayacağı, ömür yollarının gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.