S.Kərimov AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüb. Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar barədə rusiyalı qonağa məlumat verib. S.Kerimov isə öz növbəsində təmsil etdiyi təhsil müəssisəsində aparılan araşdırmalardan söhbət açıb.
Görüşdə Şərqşünaslıq İnstitutu ilə Moskva İslam İnstitutu arasında qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.