L.Məlikova forumda "XXI əsrdə İslam ənənəsi problemi kontekstində Azərbaycan müsəlmanlarının kimliyinin formalaşma mərhələlərinin müqayisəli təhlili" adlı məruzə edib. Məruzədə XX-XXI əsrlərdə Azərbaycan müsəlmanlarının dini şüurunun təkamülü və xüsusiyyətləri, islamın Azərbaycan müsəlmanlarının identikliyinin formalaşmasında oynadığı rol, yeni geosiyasi dəyişikliklərin və yeni çağırışların müasir Azərbaycanda dövlətçilik ənənələrinin formalaşmasına təsiri, o cümlədən Azərbaycanın İkinci Qarabağ müharibəsində şanlı qələbəsindən sonra bütün Cənubi Qafqazda oynadığı xüsusi rolu işıqlandırılıb.