Tədbiri açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən genişmiqyaslı hərbi təxribatın qarşılığında düşmənin həmlələrini dəf etmək və təcavüzünə son qoymaq məqsədilə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri ilə qəhrəman hərbçilərimizin Ermənistan silahlı qüvvələrini darmadağın etdiyini və nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll etdiyini deyib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin titanik fəaliyyəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu qələbəyə zəmin yaratdığını söyləyən Gövhər xanım, xalqımızın əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyduğunu, ölkənin ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn bərpa edildiyini, bu zəfərin Azərbaycan tarixinə Qızıl hərflərlə yazıldığını bildirib,
Vətən müharibəsinin bizim şanlı tariximiz, şəhidlərin bizim qürur mənbəyimiz olduğunu, sentyabrın 27-sinin Azərbaycanda Anım Günü kimi qeyd edildiyini söyləyən akademik G.Baxşəliyeva, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən, təsis edilən Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu, torpaqlarımızı öz qanı-canı bahasına azad edən qəhrəman şəhidlərimizin xatirəsinin həmişə ehtiramla yad ediləcəyini deyib.
Akademik G.Baxşəliyeva 44 günlük müharibənin yekununda qəbul edilən 10 noyabr Bəyannaməsinə əməl etməyərək silahlı qüvvələri Qarabağdan çıxarmayan, əksinə yenidən silahlanan, təxribatlar törədən ermənilərin bu əməllərinin tam olaraq qarşısını almaq məqsədilə bu ilin 19 sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatından danışaraq, 24 saatdan az vaxtda başa çatdırılan bu əməliyyat nəticəsində erməni silahlı qüvvələrinin Qarabağda tam təslim olduğunu qeyd edib.
Tədbirdə Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri, ilah.ü.f.d. Məmmədəli Babaşlı, institutun aparıcı elmi işçisi, f.ü.f.d. Vüqar Məmmədov və başqaları çıxış edərək, Vətən müharibəsində Azərbaycan xalqının sözün həqiqi mənasında birlik nümayiş etdirərək böyük zəfərə nail olduğunu, bu qələbədə hərbçilərimizin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi olduğunu deyiblər, Vətən uğrunda canlarından keçən şəhidlərin xatirələrinin həmişə uca tutulacağını bildiriblər.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunda 27 Sentyabr – Anım Günü qeyd edilib
entyabrın 25-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.