Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimin Qarabağda antiterror əməliyyatı haqqında məqaləsi ərəb dünyasında böyük maraq doğurub

27 Sentyabr 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin Misirdə “Beynəlxalq İnformasiya Şəbəkəsi” internet portalında ərəb dilində dərc edilən “Azərbaycan Qarabağda qeyri-qanuni erməni silahlı qüvvələrinə qarşı antiterror tədbirlərini uğurla həyata keçirdi” başlıqlı məqaləsi ərəb dünyasında böyük maraqla qarşılanıb.



Məqalə İraq, Misir, İordaniya, Mərakeş və sairə ərəb ölkələrinin mediasında oxuculara çatdırılıb. Bunlardan, körfəz ərəb ölkələri üzrə ixtisaslaşmış "Cidar" gündəlik qəzetini, "İraq xəbər agentliyi"ni, bu ölkənin "blov-nyuz", "vuraka-nyuz" saytlarını, İordaniyanın "Neyruz" informasiya portalını, Misirin "hobsbuz-nyuz", “culture-nyuz” saytlarını və digərlərini qeyd etmək olar.

Məqalədə Ermənistanın 2020-ci il noyabrın 10-da bağlanmış üçtərəfli Bəyannaməyə zidd olaraq nümayiş etdirdiyi qeyri-adekvat addımlardan, Azərbaycan torpağı Qarabağda qalmış separatçı qüvvələrin və silahlı hərbi birləşmələrin törətdiyi təxribatlardan bəhs olunur.

Həmçinin Azərbaycan dövlətinin beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq, ölkədə təhlükəsizliyi təmin etmək, ölkənin süverenliyini və konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli məhdud antiterror tədbirlərini həyata keçirməyə məcbur qaldığı və təxminən 24 saat davam edən antiterror əməliyyatının uğurla başa çatdığı, silahlı erməni hərbi birləşmələrinin təslim olduğu və Bakının irəli sürdüyü bütün tələblərlə razılaşdıqları işıqlandırılır.

Download Template Joomla 3.0 free theme.