Rusiyalı alimlər AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. Akademik G.Baxşəliyeva institutda görülən işlərdən, xüsusilə rusiyalı alimlərin tədqiqat sahəsi olan türkologiya üzrə aparılan tədqiqatlardan bəhs edib. Görüşdə Rusiya-Azərbaycan münasibətləri, elmi əlaqələri, qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı söhbət aparılıb.
Daha sonra rusiyalı alimlərin iştirakı ilə elmi seminar keçirilib. Elmi seminarda rusiyalı türkoloq alim Razil Quzaerov “Türk faktoru və mədəni rəğbət” mövzusunda mühazirə oxuyub. Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. R.Quzaerov şərqşünas alimlərin suallarını cavablandırıb.