ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov tədbiri giriş sözü ilə açaraq, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycan xalqının tarixində əvəzolunmaz yeri haqqında məruzə ilə çıxış edib.
Daha sonra ADPU-nun professor və müəllim heyətinin, AMEA-nın elmi mütəxəssis və alimlərinin, həmçinin, digər elm və təhsil müəssisələrindən olan mütəxəssislərin mövzular üzrə məruzələri dinlənilib.
Konfransda AMEA-nın bir sıra elmi müəssisələrindən olan əməkdaşlarla yanaşı, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı, İnstitutun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin elmi işçisi Novruz Nuriyev də məruzə ilə çıxış ediblər. Konfrans bölmələr üzrə məruzələr və mədəni proqramla davam edib. Konfransdan sonra iştirakçılar Şəkinin tarixi-mədəni abidələri və zəngin irsi ilə yaxından tanış olublar.