Print this page

Şərqşünaslıq İnstitutunda “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfransa yekun vurulub

05 May 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və İraq Respublikası Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə 3-4 may tarixlərində keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Şərq” mövzusunda beynəlxalq elmi konfransa yekun vurulub.

 

Mayın 4-də Şərqşünaslıq İnstitutunda Azərbaycan, İraq, Qırğızıstan, Qazaxıstan və Belarusdan 81 alimin iştirak etdiyi konfransın bölmə iclasları keçirilib. İclaslarda “Azərbaycan – Misir əməkdaşlığının banisi”, “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və türk ədəbiyyatı problemləri”, “Azərbaycan və İƏT əlaqələrinin formalaşmasında Heydər Əliyevin rolu”, “Ulu öndər və Cavad Heyət”, “Müstəqillik dövründə Azərbaycanın ərəb ölkələri ilə diplomatik münasibətləri”, “Heydər Əliyev tərəfindən təməli qoyulmuş müasir Azərbaycanın xarici siyasət kursunda Pakistanla əlaqələr”, “Heydər Əliyevin Şərq-Qərb münasibətləri prizmasından dinlərarası dialoqun inkişafının gerçəkləşməsində tarixi rolu”, “Heydər Əliyevin Azərbaycan və Qazaxıstan respublikaları arasındakı münasibətlərdə rolu”, “Heydər Əliyev dövründə Cənubi Koreya-Azərbaycan əməkdaşlığı” və digər mövzularda maraqlı məruzələr səsləndirilib. İclaslarda məruzələr ətrafında müzakirələr aparılıb.