Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətnin başçısı Siraqəddin Cabbarov, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru Suma Huseynova, RİH-nin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP Sabirabad rayon təşkilatının üzvləri, ziyalılar və gənclərin nümayəndələri iştirak edib.
Sabirabad Heydər Əliyev Mərkəzində keçirilən tədbir Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Siraqəddin Cabbarov Ümummilli lider Heydər Əliyevin mənalı həyatı və misilsiz xidmətlərindən danışaraq, Azərbaycan xalqının tarixində və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyət olduğunu vurğulayıb.
Ümummilli liderin keçdiyi həyat yolundan, Azərbaycan dövləti və xalqı üçün göstərdiyi əvəzsiz xidmətlərdən söz açan AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru Suma Huseynova Heydər Əliyevin dünya siyasətçiləri arasında malik olduğu nüfuzundan və respublikanın beynəlxalq aləmdə qəbul olunması üçün etdiklərindən danışıblar.
Tədbirdə çıxış edən digər natiqlər Heydər Əliyevin müxtəlif sahələrə olan xüsusi diqqət və qayğısından, eyni zamanda gənclərə olan etimadından və gənclərin onlara olan bu etimadı doğrultduqlarını vurğulayıblar.
Mövzu əsasında fikirlərini bölüşən qonaqlar istər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edən və ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayaraq, müasir və müstəqil Azərbaycan dövlətinin bu gün də Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyini qeyd ediblər.