Print this page

Namiq Məmmədov Qazaxıstanda keçirilən konqresdə məruzə edib

06 Aprel 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov martın 31-də Qazaxıstanda Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi, Elm Komitəsi, Fəlsəfə, Siyasət və Dini Biliklər İnstitutunun təşkil etdiyi "Ümumtürk Dövlətləri İnteqrasiyasının Potensialı: Mövcud vəziyyət və perspektivlər" adlı Beynəlxalq konqresdə onlayn iştirak edib. Şərqşünas alim konqresdə "Türk dünyasının inteqrasiyasında Türkiyə - Azərbaycan münasibətlərinin rolu" mövzusunda məruzə edib.

 

Məruzədə Türkiyə - Azərbaycan strateji əməkdaşlıq və tərəfdaşlığından, həmin münasibətlərin yaranması və inkişafına təsir göstərən əsas faktorlardan, onların göstəriciləri və nəticələrindən, həmçinin "Şuşa bəyannaməsi" və Zəngəzur dəhlizindən, Türk dünyasının inteqrasiyasında və əlaqələrin inkişafında onların rolundan bəhs edilib.