Tədbir iştirakçıları Mərkəzin muzey bölməsində Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini yad ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ulu öndər Heydər Əliyevin, soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Yasamal Rayonu Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova giriş nitqi ilə açaraq qonaqları salamlayıb.
Sübhan Talıblı “1918-ci ildə Lənkəran, Salyan və Neftçalada azərbaycanlıların soyqırımı”, Həsən Səfəri “1918-ci ildə Cənubi Azərbaycanda ermənilərin törətdiyi soyqırımlar”, Aytən Rəhimli “Erməni zehniyyətinin dəyişməyən xislətləri- yalan, qətl, vandallıq” mövzularında çıxış ediblər. Sonda 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş film nümayiş olunub.