Print this page

Şərqşünas alimlər “31 mart azərbaycanlıların soyqırımının tarixi və siyasi cəhətdən öyrənilməsi”adlı konfransda

31 Mart 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı və böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri 320 nömrəli məktəbdə “Heydər Əliyev ili” və 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ildönümü ilə əlaqədar “31 mart azərbaycanlıların soyqırımının tarixi və siyasi cəhətdən öyrənilməsi”adlı konfransda işrirak ediblər.

 

Konfransda SübhanTalıblı “1918-ciildə Şamaxı, QubaGöyçay, Cavad qəzalarında azərbaycanlılarısoyqırımları”, HəsəSəfərli isə “Urmiyavə Salmasda azərbaycanlılarısoyqırımı” mövzusunda məruzə ediblər.

Sonda tədbir iştirakçılarına sertifikartlar təqdim edilib. Alimlər məktəb kitabxanasına Şərqşünaslıq İnstitutunda çap olunmuş yeni kitablar hədiyyə ediblər.