Şərqşünas alim konfransda “Dalğa”ya çevrilən arx və ya Güney Azərbaycanın igid qızı” adlı məruzə ilə çıxış edib. Auditoriyadakı xarici nümayəndələrin müxtəlifliyini nəzərə alan məruzəçi çıxışını Azərbaycan adlı vahid məmləkətin mənfur güclərin əli ilə ikiyə parçalandığı tarixə ekskursla başlayıb, iki əsrdən çox davam edən milli azadlıq mücadiləsinin bu gün daha kəskin və ciddi mərhələyə keçid aldığını konfrans iştirakçılarının nəzərinə çatdırıb. Güneyimizdə yaşananlarla son dərəcə paraleleik təşkil edən, səsləşən məruzədə şairə, müəllimə, inqilabçı, ömrünün 29-cu baharında SAVAKla silahlı atışmada qətlə yetirilən İran Xalq Partizan Fədailəri təşkilatının tanınmış üzvü Mərziyə Üskuyinin həyat və yaradıcılıq yoluna işıq salınıb. Şairənin mübarizələrdə keçən həyatın mündəricəsini xatırladan poetik irsi filoloji aspektdə təhlil olunub.