Məruzədə əvvəlcə ötən əsrin əvvəllərində Azərbaycanda qızlar məktəblərinin açılmasından danışaraq, həmin məktəbin məzunlarının maarifçilik fəaliyyətlərini qeyd edən Gülər Qafqazlı daha sonra müasir dövrdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyətindən, onun təşəbbüsü ilə yeni məktəblərin, xəstəxanaların, talassemiya mərkəzinin istifadəyə verilməsindən, mədəniyyət sahəsində Azərbaycan muğamının inkişafında göstərdiyi xidmətdən bəhs edib.
Gülər Qafqazlının məruzəsi Misirdə böyük maraqla qarşılanıb. misralbalad.com saytı misirli və səudiyyəli tədqiqatçıların da qatıldığı konfransda məhz Gülər Qafqazlının iştirakına həsr edilmiş “Dr. Gülər Qafqazlı Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Beyin Mərkəzində konfransda iştirak edir” başlıqlı məqalə dərc edib.