Print this page

“Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq konfransa yekun vurulub

07 Mart 2023

Martın 7-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda öz işinə başlayan görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, professor, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfransa yekun vurulub.

 

 

Azərbaycan, Qazaxıstan, Misir, Mərakeş, İraq, Livan, Malayziya, Çin, Ukrayna, Rusiya və Belarusdan ümumilikdə 170-ə yaxın alimin qatıldığı konfransda son günün bölmə iclaslarında “N.Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərində qadın obrazları”, “Azərbaycanlı şairə Heyran xanım”, “Orhan Vəli Kanıkın şeirlərində qadın”,  “Güneyimizin dünyaca ünlü Fəriba Vəfiisi”, “Gövhər Ağa və xeyriyyəçilik fəaliyyətləri (vəqfnaməsi əsasında)”, “Orta əsrlər müsəlman dünyasında qadın: hökmdar yaxud “əsir”, “Səmavi dinlərdə ana haqqı anlayışı və səciyyəvi xüsusiyyətləri”, “Azərbaycanlı diplomat qadınlar”, “Elm və təhsildə Azərbaycan qadınının rolu” və s. mövzularda maraqlı məruzələr dinlənilib.