Azərbaycan, Qazaxıstan, Misir, Mərakeş, İraq, Livan, Malayziya, Çin, Ukrayna, Rusiya və Belarusdan ümumilikdə 170-ə yaxın alimin qatıldığı konfransda “Sələf və xələfləri kontekstində hürufi şeyx qadınlar”, “İsmayil Qaspıralı yaradıcılığında qadın mövzusu”, “Türk ədəbiyyatında ilk qadın roman müəllifi”, “Müasirlik: elm və qadın”, “Elm və təhsildə Azərbaycan qadınlarının rolu”, “Azərbaycanın ilk qadın oriyentalist alimi Aida İmanquliyeva”, “Azərbaycan qadınlarının teatr səhnəsində iştirakı məsələsinə dair (XIX əsrin sonu-XX əsrin əvvəlləri)”, “Azərbaycanın fədakar qadınları”, “Qadın Şərq və Qərb qovşağında”, “Ərəb Şərqində gender bərabərsizliyindən doğan problemlər” və s. mövzularda maraqlı məruzələr dinlənilib.
Konfransa martın 7-də yekun vurulacaq.
